Katalog
Avropa Komissiyasının maliyyə dəstəyi ilə May 1, 2002-Dekabr 31, 2004
Milli Anti-Korrupsiya Resurs Mərkəzinin Məqsədi
Biz Azərbaycandə ictimaiyyəti korrupsiyanın yüksək səviyyəsi və onun flakətli nəticələri barəsində təlimatlandırır, geniş anti-korrupsiya koalisiyası yaradır və Azərbaycan cəmiyyətinin bütün sahələrini: vətəndaş qrupları, işgüzar dairələri, ictimai sektoru və medianı korrupsiyaya qarşı mübarizə aparmaq üçün birləşdiririk. Azərbaycan atalar sözlərində deyilir: «Qaranlıq yer şeytanların və ən pis əməllərin oylağıdır, amma qaranlıq azca aydınlaşan kimi onlar yox olmağa çalışır». Və bizim məqsədimiz korrupsiyanı aşkarlamaq və ona qarşı mübarizə aparmaqdır.
Milli bölümün həyata keçirdiyi işlər:
Transparensi Azərbaycan əsas 3 istiqamətdə ixtisaslaşıb:
1. ictimaiyyətin təlimatlandırılmasi( seminarların, dəyirmi masaların və konfransların, məlumatların mətbuatda işiqlandırmasının təşkili)
2. anti korrupsiya qanunvericiliyində çatışmamazlıqların aşkarlanması və hökümət üçün rəylərin hazırlanması
3. yerli işgüzar dairələrə İşgüzar Etikanın təqdim edilməsi
Milli Anti-Korrupsiya Resurs Mərkəzinin qaydaları
1. MAKRM korrupsiya sahəsində araşdırmalar və tədqiqatlar aparan bütün QHT nümayəndələri, tələbələr, tədqiqatçılar, jurnalistlər və dövlət məmurları üçün üçün açıqdır.
2. Resurs mərkəzində 2 həftə müddətinə ,maksimum 4 kitab verilir.Əks halda mərkəzin istifadəçiləri AKRM menecerinə müraciət etməlidirlər. Həmçinin Resurs mərkəzində istənilən nəşrlərin nüsxəsi də çıxardıla bilər.
3. Kitabları vaxtında qaytara bilməyən istifadəçilər bu barədə resurs mərkəzinin menecerinə xəbər verməlidirlər.
4. Kitabları vaxtında qaytarmayan və bu barədə resurs mərkəzinin menecerinə xəbər verməyən istifadəçilər gələcəkdə resurs mərkəzindən istifadə etmə haqqından məhrum edilir.
5. Əgər siz internetdən istifadə etmək istəyirsinizsə, onda 3-4 gün əvvəl (99 412) 447 34 97 və (99 412) 492 04 22 telefon vasitəsilə sifariş edin.
Zəhmət olmasa 3 vaxt müddətindən birini seçin: 11.00 - 12.45, 14.00 - 15.45, 16.00-17.45
6. Zəhmət olmasa böyük çantaları qəbul otağında qoyun
7. biz həmçinin sizə lazım olan materialları email vasitəsilə göndərə bilərik.
8. Butun xidmətlər: materiallardan, internetdən istifadə və materiallarn nüsxəsinin çıxardılması pulsuzdur.
İş saatları:
Bazar Ertəsi - Cümə günləri, 10:00- 18:00, fasilə vaxtı 13:00-14:00
Əlaqə vasitələri:
C.Cabbarli küçəsi 16, mənzil 7
Bakı;, Azərbaycan, AZ1000
Tel / Fax: (+99 412) 418 11 09 (+99412) 499 20 38
Pərvanə Persiani - layihə assistenti, İşgüzar Etika layihələri
GSM: (+99450) 636 28 77
E-mail: parvana@transparency-az.org