<əphp include 'cgi-bin/counter1.php'ə>













Press-Reliz

Yekun nəticələr

BP-nin 2004-2005-ci illər üzrə İllik İşəgötürmə Proqramının «Transparency Azerbaijan» təşkilatı tərəfindən müstəqil qiymətləndirilməsi

«Transparency Azerbaijan» təşkilatı BP-nin 2004-2005-ci illər üzrə İllik İşəgötürmə Proqramının 2004-cü ilin oktyabr ayından 2005-ci ilin aprel ayına qədər olan müddət ərzində müstəqil qiymətləndirilməsini həyata keçirmişdir. BP şirkətinin təşəbbüsü ilə keçirilən bu qiymətləndirmə prosesinə 2004-cü ilin oktyabr ayında BP-nin illik işəgötürmə kampaniyası ilə eyni vaxtda başlanmışdır.

Neft hasilatının Azərbaycan üçün həlledici amil olduğunu və BP-nin bu sahədə fəaliyyət göstərən ən iri şirkət olduğunu nəzərə alaraq, şirkətin işəgötürmə prosesi sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Buna görə də BP-nin işəgötürmə proqramı məhz Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən qiymətləndirilməlidir.

Bu qiymətləndirmə prosesi çərçivəsində qarşıya qoyulmuş məqsəd BP-nin faktiki işəgötürmə təcrübələrinin şirkətin elanlarında və tanıtma materiallarında əvvəlcədən müəyyənləşdirilmiş meyara necə uyğun gəldiyini müqayisə etmək və bu meyarların işəgötürmə prosesi zamanı şəffaflıq və obyektivlik prinsipinə müvafiqliyini yoxlamaq idi.

Ümumilikdә BP-nin İllik İşəgötürmə Proqramı şirkətin daxili standartlarına uyğundur, namizədlərin seçilməsi prosesi şəffaf və ədalətlə həyata keçirilir. “Transparancy Azerbaijan” (TA) təşkilatının müşahidələrinə əsasən, seçim prosesi BP-nin verdiyi elanlara uyğun olaraq ən yüksək ixtisaslı namizədlərin işə götürülmәsinə əsaslanır.

Ümumən, sözügedən seçim prosesi BP-nin etik davranış prinsiplərinə və ən yaxşı beynəlxalq təcrübələrə cavab verir.

Seçim prosesi zamanı ərizəçilər ilə BP şirkəti arasında qurulan əlaqələrə gəldikdə isə, TA təşkilatı belə bir faktı müşahidə etmişdir ki, BP seçim prosesinin fərqli mərhələlərində ərizəçilərin lazımi məlumatla təmin edilməsi üçün əlavə səylər göstərir.

İşəgötürmə proseduruna hərtərəfli diqqət yetirilməsi qiymәtlәndirmә prosesinin əsasını təşkil etmişdir. Bu proses zamanı TA təşkilatı ilkin mərhələdə iddiaçıların ərizələrinə baxılmasından tutmuş müsahibə sessiyalarına qədər işəgötürmə prosesinin bütün mərhələlərində iştirak etmiş və monitorinq keçirmişdir.

Eyni zamanda, TA təşkilatı işəgötürmə prosesini daha da təkmilləşdirmək məqsədilə BP şirkətinə bir sıra tövsiyələr vermişdir. Bu tövsiyәlәrә aşağıdakılar daxildir:

  • Müvafiq ixtisası olmayan bir çox namizədlərin ərizə verməsinə yol verməmək, habelə işəgötürmə prosedurunun uzun müddət davam edəcəyi, bir sıra test və müsahibələrin keçiriləcəyi faktının potensial namizədlər tərəfindən başa düşülməsini təmin etmək məqsədilə işəgötürmə prosesi və ixtisas üzrə tələblər barədə daha erkən mərhələlərdə ətraflı məlumatların verilməsi;
  • Qiymәtlәndirmə aparanlar üçün seçim prosesinin müxtəlif mәrhәlәlәrindә tamamlanmalı olan daha ətraflı qiymətləndirmə siyahısının tərtib edilməsi;
  • İş təklif olunan ərizəçilərin siyahısını çap etdirmək və bu siyahıda seçim prosesinin müvafiq mərhələlərində ərizəçilərin toplamış olduqları balların göstərilməsi;
  • Populyar Azәrbaycan vebsaytlarında və ya internet forumlarında yerləşdirilməli olan reklam banerlərindən istifadə olunmasının nəzərə alınması;
  • Uğur qazana bilməmiş namizədlərə işə götürülməmələrinin səbəbləri barədə daha ətraflı məlumat vermək.

TA təşkilatının BP-nin Azərbaycandakı işəgötürmə prosesinə ikinci baxış keçirməsi də nəzərdə tutulur və bu baxış 2006-cı il dövrünü əhatə edəcək.

Media Kontakt:
Rena Safaralieva
Tel/ Fax: +994-12-4920 422
transpaz@azeronline.com

Tam hüquqlarla © Transparency International Azerbaijan, 2005 | Səhifə Azeri Project Design Studio tərəfindən hazırlanıb