Press-Reliz
Azərbaycanın tədqiqatçı jurnalsiti martın 2-də öz evinin qarşısında qətlə yetirilmişdir.
Transparensi İnternəşnl təxirə salınmaz və tam araşdırmanın aparılmasına çağırır və korupsiyaya qarşı mübarizədə mətbuatın rolunun vacibliyini vurğulayır.
Berlin, Bakı, 4 Mart 2005- Transparensi İnternəşnl məşhur , cəsarətli tədqiqatçı jurnalist və Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətli xəbərindən sarsılıb. Elmar Hüseynov bu gün öz evinin qarşısında, ehtimala görə, sifarişli qətl nəticəsində qəddarlıqla güllələnmişdir. Onun qətli Azərbaycanda jurnalistlərə qarşı olan uzun hücümlar siyahısında ən ciddi hadisədir. Transparensi İnternəşnl korrupsiyaya qarşı mübarizə aparan aparıcı Qeyri Hökümət Təşkilatıdır.
«Azərbaycanda belə bir hadisənin baş verməsi məni çox sarsıtdı. Hələ onun ölümünün səbəbləri aydın olmasa da, bu qətlin onun tədqiqatçı jurnalsit kimi fəaliyyətinin nəticəsi olması bəllidir» Transparensi İnternəşnlın sədri Piter Ayqen qeyd etdi . Sonra o, davam edərək « Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq ən zəruri məsələdir və korrupsiyanın aşkarlanmasında cəsarətli jurnalist araşdırmasının rolu çox böyükdür. Bu yaxınlarda, Ukraynada tədqiqatçı jurnalist Georgi Qonqadzenın ehtimal edilən qatillərinin həbsi, tədqiqatçı jurnalistlərin səslərini vəhşicəsinə boğmağa çalışınlara bir xəbərdarlıq idi. Mən cinayətkarları məsuliyyətə cəlb etmək üçün Azərbaycan hökümətindən bu hadisəni təxirsiz və dəqiqliklə araşdırmağa çağırıram» söylədi.
Elmar Hüseynovun redaktoru olduğu Monitor jurnalı Azərbaycan hökümətini çox kəskin tənqid edirdi. Elmar Hüseynova qarşı əvvəl yerli məmurlar Sisiliya mafiyasınin nümayəndələri ilə müqayisə etdiyinə görə cinayət işi qaldırılmışdır.
Transparensi İnternəşnl Azərbaycanın icraçı direktoru Rəna Səfərəliyeva prezident İlham Əliyevin tam araşdırma aparılacağına təminat verməsini dəstəklliyir. «Hökümət tez-tez korrupsiyaya qarşı mübarizə aparmaq niyyətində olduğunu səsləndirib. Bu qəddar qətlin tam, açıq və şəffaf istintaqı bu bəyənatın yerinə yetirilməsi üçün çox vacibdir.»
Media Kontakt:
Rena Safaralieva
Tel/ Fax: +994-12-4920 422
transpaz@azeronline.com
|