










 



|
Bakıda "Transparency İnternational" təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə illik regional görüşünün “Keçid dövrü ölkələrində korrupsiyayla mübarizə və institusionl islahatlar” mövzusunda açılış konfransı keçirilmişdir. 31 May 2007
31 May - 2 İyun tarixlərində Transparency İnternational Təşkilatının Mərkəzi Asiya və Avropa ölkələri üzrə illik regional görüşü Azərbaycan Hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkilatçılığı ilə bu il Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir. Görüşün ilk günündə Gülüstan Sarayında “Keçid dövrü ölkələrində korrupsiyayla mübarizə və institusionl islahatlar” mövzusunda konfrans keçirilmişdir. Konfransda hökumət rəsmiləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, yerli və beynəlxalq QHT üzvləri,vətəndaş cəmiyyətinin nümayəndələri də daxil olmaqla, İrlandiyadan Monqolustana qədər geniş coğrafi məkanı əhatə edən Avropa və Mərkəzi Asiyanın 40 ölkəsindən 90-na qədər Tİ üzvü və korrupsiyayla mübarizə sahəsində ixtisaslaşmış yerli və beynəlxalq ekspertlər iştirak etmişdir. Gün ərzində davam edən konfransda yüksək vəzifəli dövlət rəsmiləri, yerli və xarici ekspertlər çıxış edərək keçid dövrü ölkələrində korrupsiyayla mübarizə sahəsində qarşıya çıxan problemlər və bu sahədə müvəffəqiyyət qazanmaq üçün lazımı yollar və üsullar barədə fikirlərinin səsləndiriblər.
Transparency İnternational təşkilatının rəhbəri Huget Label konfransda çıxış edərək Transparency İnternational təşkilatının illik regional tədbirini Bakıda keçirməsinin böyük əhəmiyyət daşıdığını, qarşılıqlı münasibətlərin inkişafında böyük fayda verəcəyini qeyd edib.
daha ətraflı
|
Azərbaycan Prezidenti İlham Əliyev "Transparency İnternational" təşkilatının sədri Hüget Labeli qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Prezident sarayında "Transparency İnternational" təşkilatının sədri Hüget Labeli qəbul etmişdir.
Ölkəmizə "Korrupsiyaya qarşı mübarizə və keçid dövrü ölkələrində institusional islahatlar" mövzusunda Avropa və Mərkəzi Asiya ölkələri üzrə konfransda iştirak etmək üçün ilk dəfə səfər etdiyini bildirən Hüget Label tədbirin gözəl təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırdı. O, Azərbaycanda müxtəlif sahələrdə uğurlu islahatların həyata keçirildiyini və mühüm nəticələrin əldə olunduğunu bildirdi.
daha ətraflı
|
2007-ci il 1, 2 İyun tarixlərində daxili regional görüşdə müxtəlif mövzularda müzakirələr təşkil edilib. 1,2 İyun 2007
2007-ci il 1, 2 İyun tarixlərində öz işini davam etdirən daxili regional görüş Cresent Beach mehmanxanasında təşkil edilmişdi. İki gün davam edən görüş Transparency İnternational təşkilatının üzvləri üçün olduqca səmərəli keçdi. Müxtəlif mövzularda təşkil edilən workshoplarda iştirak edən yerli bölmə rəhbərləri və ekspertlər gələcəkdə Transparency İnternational təşkilatı daxilində işlərin daha da səmərəli təşkil edilməsi və faydalı olması üçün öz təcrübələrini digər həmkarları ilə bölüşdülər, faydalı məsləhətləşmələr apardılar. Transparency İnternational təşkilatının milli bölmələri, üzvləri arasında xəbərləşmənin daha effektiv təşkili, könüllülərin təşkilatın işinə daha aktiv cəlb olunması, Hüquq Məsləhət mərkəzlərinin işinin daha səmərəli qurulması məqsədilə daha əhəmiyyətli hesab edilən məsələlər müzakirəyə çıxarıldı və maraqlı mülahizələr, təqdimatlar dinlənildi. Ictimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Məkəzi layihəsinin Azərbaycan üzrə koordinatoru Fikrin Bəktaşi çıxış edərək, Azərbaycan bölməsinin ALAC mərkəzlərinin ictimaiyyət arasında daha da tanıdılması daha ətraflı
|
|
Transparensi İnterneşnl beynəlxalq qeyri-hökümət təşkilatıdır və bütün yer kürəsində aparıcı anti-korrupsiya hərəkətidir. Transparensi İnterneşnlın Katibliyi Berlin şəhərində təsis olunub və milli bölmələrin köməyi ilə 90 ölkədən çox anti-korrupsiya fəaliyyətlərini koordinasiya edir. Bölmələr müstəqil yerli QHT-rı olaraq öz siyasətlərini azad seçilər və fəaliyyətlərini davam etirmək üçün fondlarını artırlar. Tranparensi İnterneşnlın əsas prinsipi ondan ibarətdir ki, korrupsiya ölkənin səciyyəvi bir fenomenidir və yerli təşkilatların cəhdləri daha təsirli ola bilər nəyinki xarici qüvvələrin.
Oktyabr, 2000-ci ildə Tranparensi Azərbaycan ictimai birliyi vətəndaş cəmiyyəti və elmi nümayəndələr tərəfindən təsis olunmuşdur, 2001-ci ildə Tranparensi Azərbaycan təşkilatına milli bölmə səlayyihəti verilmişdir. Biz əsasən ictimayyətin məlumatlılığını artmaq, biznes etika sahəsində işlər görürük, Azərbaycanda korrupsiyanın səbəblərinə və formalarına aid tədqiqatlar aparırıq və bu təhlükəli sosial fenomenin təsirnin aşağı salmasının yollarını axtarırıq.
Əlavə məlumatları və materialları tapmaq üçün bu saytlara baxın:
|